Qelebə.az / Azərbaycan və Türkiyə FIFA reytinqində geriləyib

Azərbaycan və Türkiyə FIFA reytinqində geriləyib

Bu gün, 11:49

FIFA milli komandaların dünya reytinqinin oktyabr ayı üçün yenilənmiş siyahısını açıqlayıb.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisi bir pillə geriləyərək 127-ci sıraya düşüb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığmanın hesabında 1138,96 xal var. Komandamız əvvəlki reytinqdə 126-cı yerdə qərarlaşmışdı.

Azərbaycan millisi son 4 qarşılaşmada məğlub olmayıb. Yığmamız yoldaşlıq görüşündə Tacikistanı (1:0), UEFA Millətlər Liqasında isə Litvanı (1:0) məğlub edib. Komandamız Litva ilə səfərdə 1:1, Lixtenşteynlə Bakıda isə 0:0 hesablı heç-heçə edib.

Türkiyə millisinin də mövqeyi pisləşib. Qardaş ölkə təmsilçisi 4 pillə geriləyərək 1563,54 xalla 27-ci yerdən 31-ci sıraya düşüb.

Reytinqə 2011,57 xalla İspaniya başçılıq edir. Argentina ikinci, Fransa isə üçüncü yerdədir.

Geri qayıt