Qelebə.az / Taekvondoçumuz Parisə yollandı – Qran-pridə mübarizə aparacaq

Taekvondoçumuz Parisə yollandı – Qran-pridə mübarizə aparacaq

Bu gün, 11:24

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-prisində iştirak edəcək.

QELEBE.AZ xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı yarışda iştirak etmək üçün Fransaya yollanıb.

58 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımız oktyabrın 9-da tatamiyə çıxacaq. O, böyüklərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında çıxış edəcək.

Turnirdə ölkəmizi beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da hakim kimi təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 8–11-də keçiriləcək Qran-pri Olimpiya reytinqi üçün xal qazandıran mühüm yarışlardan biridir.

Geri qayıt