Qelebə.az / Elcan Hacıyev dünya çempionatına qələbə ilə başladı - YENİLƏNİR

Elcan Hacıyev dünya çempionatına qələbə ilə başladı - YENİLƏNİR

Bu gün, 11:05

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Elcan Hacıyev 1/16 finala yüksəlib.

Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 finalda ABŞ təmsilçisi Aleksander Knaufla qarşılaşıb.

Rəqibini məğlub edən Hacıyev növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/16 finalda kanadalı Kiqan Yanqla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları mundialda indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.

Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Geri qayıt