Qelebə.az / Kofane “Bayer”lə danışıqları dayandırdı

Kofane “Bayer”lə danışıqları dayandırdı

Bu gün, 00:42

“Bayer”in hücumçusu Kristian Kofane klubla müqaviləsini uzatmaqdan imtina edib.

Apasport.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

20 yaşlı Kamerun millisinin üzvünün hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Tərəflər sentyabrda sözləşməni 2031-ci ilədək uzatmağı planlaşdırırdı. Yeni müqaviləyə əsasən, Kofanenin illik maaşı 1 milyon avrodan 4 milyon avroya yüksəlməli idi.

Lakin futbolçu danışıqları dayandırmaq qərarına gəlib. Buna İngiltərənin “Mançester Yunayted” və “Arsenal” klublarının ona maraq göstərməsi səbəb olub. “Arsenal”ın yaz aylarından etibarən Kofanenin tərəfi ilə əlaqə saxladığı bildirilir.

Qeyd edək ki, Kofane ötən mövsüm “Bayer”in heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Geri qayıt