Qelebə.az / Dünya və Avropa çempionu butslarını mismardan asdı

Dünya və Avropa çempionu butslarını mismardan asdı

Bu gün, 15:53

İspaniyalı futbolçu Pedro peşəkar karyerasını başa vurub.

QELEBE.AZ xəbər verir ki, 39 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

“Hiss edirəm ki, artıq zamanı çatıb. Həyatımda yeni mərhələyə başlamağın vaxtıdır.

Arzumu gerçəkləşdirdiyim üçün qürurluyam və bu yolda yanımda olan, mənə kömək edən hər kəsə minnətdaram.

Məni bu qədər xoşbəxt etdiyin üçün sənə təşəkkür edirəm, futbol”, – deyə Pedro yazıb.

Qeyd edək ki, Pedro karyerası ərzində “Barselona”, “Çelsi”, “Roma” və “Latsio” klublarında çıxış edib. O, 3 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin İspaniya millisi ilə 2010 dünya çempionatını və AVRO-2012-ni qazanıb.

Geri qayıt