“Arsenal”da yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, “topçular” baş məşqçi Mikel Arteta ilə sözləşmənin müddətini uzadıb.
Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni razılaşmaya əsasən, ispaniyalı mütəxəssis 2030-cu ilin yayına qədər “Arsenal”a rəhbərlik edəcək.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”ın baş məşqçisidir.