Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yarışa 1/16 finaldan başlayıb.
O, ilk görüşündə Moldova təmsilçisi Viktor Sterpu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
Tçkayev bu mərhələdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Zelim Tçkayev yarımfinala gedən yolda belçikalı Mattias Kasse ilə üz-üzə gələcək.