Qelebə.az / Triatlonçularmız Misirə yollanıb

Triatlonçularmız Misirə yollanıb

Bu gün, 13:12

Azərbaycan triatlonçuları Misirdə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, oktyabrın 9-dan 11-dək Hurqada şəhərində triatlon üzrə Gənclərin Afrika Kuboku və akvatlon üzrə Afrika çempionatı təşkil olunacaq.

Yarışlarda Azərbaycanı Əli Rzazadə və Tural Atakişiyev təmsil edəcəklər.

Qeyd edək ki, hər iki yarış Misirin Hurqada şəhərində keçiriləcək.

Geri qayıt