Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 finaldan qoşulub.
O, ilk görüşündə Bolqarıstan təmsilçisi Hristo Valkovla üz-üzə gəlib. İdmançımız rəqibini məğlub edib və adını 1/16 finala yazdırıb.