İngiltərə millisi UEFA Millətlər Liqasının IV turunda Çexiyanı 3:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, bu qələbə yığmanın baş məşqçisi Tomas Tuxel üçün əlamətdar olub.
53 yaşlı mütəxəssis İngiltərə millisinin sükanı arxasında 20-ci qələbəsini cəmi 26-cı oyununda qazanıb. Bununla da almaniyalı çalışdırıcı yığma tarixində 20 qələbə həddinə ən tez çatan baş məşqçi olub.
Qeyd edək ki, Tomas Tuxel İngiltərə millisinə 2025-ci ilin yanvarından rəhbərlik edir.