Qelebə.az / Pokatilov ehtiyatda qaldı – Qazaxıstan yenə qələbə qazana bilmədi

Pokatilov ehtiyatda qaldı – Qazaxıstan yenə qələbə qazana bilmədi

Bu gün, 21:56

“Sabah”ın qapıçısı Stas Pokatilovun formasını geyindiyi Qazaxıstan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, Qazaxıstan yığması doğma meydanda Farer adalarını qəbul edib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Stas Pokatilov bu görüşdə meydana çıxmayıb. Təcrübəli qolkiper qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, Qazaxıstan millisi 4 turdan sonra 2 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

Geri qayıt