Qelebə.az / Rəşid Məmmədəliyevdən dünya çempionatında bürünc medal - YENİLƏNİB

Rəşid Məmmədəliyevdən dünya çempionatında bürünc medal - YENİLƏNİB

Bu gün, 12:37

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında ilk görüşünə çıxıb.

QELEBE.AZ xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.

Məmmədəliyev rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşıb. İdmançımız bu görüşdə də qalib gəlib və adını 1/4 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə fransalı Dayyan Bulemtapes ilə qarşılaşıb və məğlub olub.

Buna baxmayaraq, Məmmədəliyev bürünc medal uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. O, italiyalı Leonardo Valerianini üz-üzə gəlib və qələbə qazanıb.

Cüdoçumuz braziliyalı Daniel Karqninlə qarşılaşıb. Rəqibini üstələyən Rəşid Məmmədəliyev mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.

Geri qayıt