Qelebə.az / “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu

“Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu

Bu gün, 17:01

“Qarabağ”ın futbolçusu Renaldo Sefasın durumuna aydınlıq gəlib.

"Apasport"a verilən məlumata görə, yamaykalı futbolçunun MRT müayinəsinin nəticələrində əhəmiyyətli dəyişiklik aşkarlanmayıb.

26 yaşlı futbolçu qarşıdakı 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşqlərini davam etdirəcək. Bundan sonra onun vəziyyəti yenidən qiymətləndiriləcək.

Sefas “Qarabağ”a bu ilin yayında qoşulub. Ağdam təmsilçisi iyunun 25-də futbolçunu Rusiyanın “Pari Nijni Novqorod” klubundan transfer edib. Hər iki cinahda və mərkəz hücumçusu mövqeyində çıxış edə bilən yamaykalı ilə 3 illik müqavilə imzalanıb. Onun sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, “Qarabağ” Misli Premyer Liqasının VII turunda “İmişli” ilə qarşılaşacaq.

Geri qayıt