Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.
Məmmədəliyev rəqibinə qalib gələrək 1/16 finala yüksəlib.
O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.