Qelebə.az / “Barselona” Rafinya ilə müqaviləni uzatdı – 2030-cu ilədək

“Barselona” Rafinya ilə müqaviləni uzatdı – 2030-cu ilədək

Bu gün, 11:11

“Barselona” futbolçusu Rafinya ilə yeni müqavilə ilə bağlı razılığa gəlib.

QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi braziliyalı vingerlə sözləşmənin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

Rafinyanın əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barselona”ya 65 milyon avro qarşılığında transfer olunub.

Geri qayıt