Qelebə.az / Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

28-02-2023, 10:15

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasından “Report”a verilən məlumata görə, Amir Şojaei heyətdən çıxarılıb.

Buna səbəb 35 yaşlı oyunçunun zədəli olmasıdır.

Qeyd edək ki, Bakıda təlim-məşq toplanışında olan Azərbaycan yığması martın 3-də DÇ-2024-ün əsas mərhələsində Yunanıstan seçməsi ilə qarşılaşacaq. Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.

Geri qayıt