Qelebə.az / Arda Gülər daha 5 il "Real"da – Maaşı artırıldı

Arda Gülər daha 5 il "Real"da – Maaşı artırıldı

Bu gün, 18:19

“Real” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2031-ci ilin yayına qədər uzadıb.

Yeni müqavilə ilə Ardanın maaşı da artırılıb.

Ardanın əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real”a keçib.

Onun bazar dəyəri son yeniləmədən sonra 100 milyon avroya yüksəlib və Arda bu göstəriciyə çatan ilk türkiyəli futbolçu olub.

Geri qayıt