Qelebə.az / Cüdoçumuz dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİR

Cüdoçumuz dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİR

Bu gün, 11:02

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.

QELEBE.AZ xəbər verir ki, -66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda Finlandiya təmsilçisi Luukas Sahaya məğlub olaraq mübarizəni dayandırıb.

Eyni çəkidə Nizami İmranov isə 1/32 finalda Gürcüstan cüdoçusu Vaja Marqvelaşvilini məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov -60 kq çəki dərəcəsində qızıl medal qazanaraq dünya çempionu olub.

Geri qayıt