Qelebə.az / Dünya çempionatında II gün: 4 cüdoçumuz tatamiyə çıxacaq

Dünya çempionatında II gün: 4 cüdoçumuz tatamiyə çıxacaq

Bu gün, 09:17

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 5-də ikinci yarış gününün görüşləri keçiriləcək.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mundialın ikinci günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində mübarizə aparacaq.

52 kq-da Gültac Məmmədəliyeva 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə, 66 kq-da Turan Bayramov 1/32 finalda Finlandiya cüdoçusu Luukas Saha ilə, Nizami İmranov isə Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə qarşılaşacaq, Ruslan Paşayev isə 1/16 finalda Serdar Rahimov (Türkmənistan) – Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Təsnifat mərhələsi saat 10:00-da başlayacaq, rəsmi açılış mərasimi 16:30-da, final bloku isə 18:00-da keçiriləcək. Görüşlər “CBC Sport” və “Judo TV”də canlı yayımlanacaq. Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov -60 kq çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü çempionluğu, bu çəkidə isə ilk qızıl medalı əldə edib.

Geri qayıt