Qelebə.az / “Mançester Siti”nin aldığı 17 yaşlı gənc futbolçu ABŞ tarixində rekord qırıb

“Mançester Siti”nin aldığı 17 yaşlı gənc futbolçu ABŞ tarixində rekord qırıb

Bu gün, 15:03

ABŞ millisinin futbolçusu Cavan Sullivan tarixi rekorda imza atıb.

APA BBC-yə istinadən xəbər verir ki, 17 yaşı olan futbolçu Meksikaya qarşı yoldaşlıq oyununda fərqlənərək ABŞ millisində qol vuran ən gənc oyunçu olub.

Sullivan 62-ci dəqiqədə rəqib qapıçının səhvindən istifadə edib. O, topu uzaq məsafədən qapıçının üzərindən aşıraraq komandasının ikinci qolunu vurub.

ABŞ millisi qarşılaşmada Meksikaya 3:0 hesabı ilə qalib gəlib. Digər qolları Culian Holl və Malik Tillman vurublar. Meksikalı Luis Çaves isə 68-ci dəqiqədə qırmızı vərəqə alıb.

Hazırda “Philadelphia Union”da çıxış edən Sullivanın növbəti mövsüm “Manchester City”yə keçəcək.

Geri qayıt