Qelebə.az / Əhməd Yusifov yarımfinalda - YENİLƏNİR

Əhməd Yusifov yarımfinalda - YENİLƏNİR

Bu gün, 13:25

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.

Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib. O, 1/8 finalda hindistanlı Harş Sinhi üstələyib və adını 1/4 finala yazdırıb. Təmsilçimiz bu mərhələdə rusiyalı Ayub Bliyevi mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb. Lakin o, 1/8 finalda mübarizəni dayandırıb. Təmsilçimiz ABŞ idmançısı Conatan Yanqla bacarmayıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

Geri qayıt