Qelebə.az / İki cüdoçumuz 1/8 finala yüksəlib

İki cüdoçumuz 1/8 finala yüksəlib

Bu gün, 13:30

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

QELEBE.AZ xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.

Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.

Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

Geri qayıt