Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edəcək.
8-ci km qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Azərbaycan D Liqasının 2-ci qrupunda keçirdiyi oyunlardan sonra 2 xalla ikinci pillədə qərarlaşıb. Litva isə 4 xalla qrupun lideridir.
Qeyd edək ki, komandalar arasında Litvada keçirilən ilk qarşılaşma heç-heçə başa çatıb.
UEFA Millətlər Liqası
IV tur
4 oktyabr
17:00. Azərbaycan – Litva
8-ci km qəsəbə stadionu.