UEFA Millətlər Liqasında qrup mərhələsinin III turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, A, B və C Liqalarında 8 qarşılaşma keçirilib.
A Liqasının III qrupunda İngiltərə səfərdə Xorvatiya ilə üz-üzə gəlib. Qonaqlar rəqibini 7 cavabsız qolla məğlub edib – 7:0. Bu, Xorvatiya millisinin tarixində ən böyükhesablı məğlubiyyət olub.
Digər qarşılaşmada İspaniya Çexiyanı 3:1 hesabı ilə məğlub edib.
B Liqasının I qrupunda İsveçrə Sloveniyanı 2:1, Şimali Makedoniya isə Şotlandiyanı 2:0 hesabı ilə üstələyib.
C Liqasının I qrupunda Finlandiya Albaniyanı 2:1, Belarus San Marinonu 4:0 hesabı ilə məğlub edib. IV qrupda isə Estoniya Lüksemburqa 1:0, İslandiya Bolqarıstana 3:0 hesabı ilə qalib gəlib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi
A Liqası
3-cü qrup
20:00. Xorvatiya - İngiltərə 0:7
22:45. İspaniya - Çexiya 3:1
B Liqası
1-ci qrup
22:45. İsveçrə - Sloveniya 2:1
22:45. Şimali Makedoniya - Şotlandiya 0:2
C Liqası
1-ci qrup
17:00. Finlandiya - Albaniya 2:1
20:00. Belarus - San Marino 4:0
4-cü qrup
20:00. Estoniya - Lüksemburq 1:0
20:00. İslandiya - Bolqarıstan 3:0