“Fənərbaxça” Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi şəxsi sosial media hesablarından “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev, klubun İdarə Heyəti və Azərbaycan xalqına təşəkkürünü bildirib:
“İki qardaş ölkənin güclü bağlarını bir daha hiss etdiyimiz Azərbaycanda olduğumuz müddətdə bizi böyük sevgi və qonaqpərvərliklə qarşılayan “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevə, İdarə Heyətinə və can Azərbaycan xalqına təşəkkürümüzü bildiririk.
Komandamızı tək qoymayan, sevgisini və dəstəyini hər an yanımızda hiss etdirən Azərbaycandakı azarkeşlərimizə, həmçinin klubumuzu dəstəkləmək üçün Azərbaycana gələn tərəfdarlarımıza sonsuz təşəkkürlər.
Yaxşı ki varsınız, yaxşı ki “Fənərbaxça”lıyıq!”