Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Turan Tovuz” bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
QELEBE.AZ xəbər verir ki, Qərb təmsilçisi Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, görüş üçün bilet satışı davam edir.
Yoxlama matçı
3 oktyabr
20:00. “Turan Tovuz” – “Fənərbaxça”
Tofiq Bəhramov adına Respublika Stadionu