Azərbaycan yığması Millətlər Liqasında Litva ilə qarşılaşacaq.
QELEBE.AZ xəbər verir ki, matçdan öncə komandanın müdafiəçisi Rüfət Abbasov mətbuat konfransında iştirak edib.
"Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə barədə düşünürük. Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq".
Qeyd edək ki, Azərbaycan - Litva görüşü sabah "Palms Sports Arena"da keçiriləcək.