UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Litva matçının hakimləri müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, D Liqasının 2-ci qrupunun qarşılaşması portuqaliyalı hakimlər briqadasına həvalə olunub.
Matçın baş hakimi FIFA referisi Qustavo Korreya olacaq. Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR hakimi Bruno Esteves, AVAR hakimi isə Ana Klaudiya Silva Ribeyro olacaq.
Qeyd edək ki, Azərbaycan – Litva matçı oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.