Qelebə.az / Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”

Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”

Bu gün, 11:07

Portuqaliya millisinin futbolçusu Rafael Leao UEFA Millətlər Liqasının III turunda Danimarkaya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

QELEBE.AZ xəbər verir ki, 27 yaşlı hücumçu qarşılaşmada Kriştiano Ronaldoya məxsus 7 nömrəli formanı geyinməsinin onun üçün xüsusi məna daşıdığını bildirib.

“Kriştiano mənim uşaqlıqdan kumirimdir. 7 nömrəsinin mənim üçün başqa xüsusi mənası da var. Övladlarım ayın 7-də dünyaya gəliblər. Sadəcə bu formaya hörmət göstərməyə və komanda yoldaşlarımla oyundan zövq almağa çalışdım. Ən vacibi yaxşı oyun keçirməyimiz və qalib gəlməyimizdir”.

Leao Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsi ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib:

“Bu, bizə aid məsələ deyil. Bir daha göstərdik ki, biz bir komandayıq. Əminəm ki, Kriştiano da evdə qələbəmizə sevinir. Onunla münasibətim yaxşıdır və necə insan olduğunu bilirəm. Əsas olan komandadır. Daha üç xal qazandıq və qrupun lideriyik. İndi dincəlib növbəti oyuna hazırlaşmalıyıq”.

Portuqaliyalı futbolçu Danimarka ilə qarşılaşmanı da dəyərləndirib. O, rəqibin fiziki cəhətdən güclü olduğunu, lakin baş məşqçi Jorje Jezuşun komandanı oyuna yaxşı hazırladığını vurğulayıb:

“Çətin oyun olacağını bilirdik. Onlar öz meydanlarında, azarkeşlərinin dəstəyi ilə oynayırdılar. Fiziki baxımdan Norveçə bənzəyən komanda idi. Baş məşqçimiz bizi çox yaxşı hazırlayıb. Son iki oyuna çox yaxşı təşkilatlanmış şəkildə başlamışıq. Qol imkanları yaratdıq və bunlardan çox effektiv istifadə edərək dörd qol vurduq”.

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk etdikdən sonra Danimarka ilə görüşdə 7 nömrəli forma Rafael Leaoya verilib. Leao bu matça start heyətində başlayıb.

Geri qayıt