Qelebə.az / A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub

A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub

Bu gün, 20:00

İtaliya A Seriyasında avqust-sentyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, “Roma”nın niderlandlı hücumçusu Doniell Malen bu mükafata layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu azarkeşlərin onlayn səsverməsi və fərdi statistik göstəricilərin birləşdirilməsi nəticəsində qalib olub. Malen Davide Frattesini (“Latsio”), Giorgi Kvernadzeni (“Frozinone”), Daniel Maldinini (“Kalyari”), Lautaro Martinesi (“İnter”) və Adrien Rabyonu (“Milan”) geridə qoyub.

Qeyd edək ki, Doniell Malen avqust-sentyabr aylarında A Seriyasında keçirdiyi 5 oyunda 6 qol vurub.

Geri qayıt