Qelebə.az / “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir

“Liverpul” Şadeni yanvarda transfer etmək istəyir

Bu gün, 11:18

“Liverpul” heyətini “Brentford”un hücumameyilli yarımmüdafiəçisi Kevin Şade ilə gücləndirə bilər.

Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı almaniyalı futbolçunun mümkün transferini nəzərdən keçirir.

Bu barədə “TEAMtalk” məlumat yayıb. 

Mənbənin məlumatına görə, “Liverpul” Şadeni artıq qış transfer pəncərəsində heyətinə qatmağa çalışa bilər. Futbolçunun mövsümə uğurlu başlaması klub skautlarının diqqətini çəkib.

Şade Premyer Liqada keçirdiyi ilk 5 matçda 3 qol vurub. 

Qeyd edək ki, Kevinin “Brentford”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Geri qayıt