Qelebə.az / Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib

Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib

Dünən, 21:50

“Real Madrid”də sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bu ada Türkiyə millisinin üzvü Arda Güler layiq görülüb.

21 yaşlı yarımmüdafiəçi sentyabr ayında Madrid təmsilçisinin heyətində 4 oyunda meydana çıxıb və 204 dəqiqə meydanda qalıb. O, bu görüşlərdə 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Arda Güler cari mövsümdə isə 7 matçda 349 dəqiqə forma geyinib. O, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Geri qayıt