Qelebə.az / IV MDB Oyunlarının ev sahibi müəyyənləşdi – Yarış Qırğızıstanda keçiriləcək

IV MDB Oyunlarının ev sahibi müəyyənləşdi – Yarış Qırğızıstanda keçiriləcək

Bu gün, 12:11

IV MDB Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, 2027-ci ildə təşkil olunacaq yarışa Qırğızıstan ev sahibliyi edəcək.

Qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının iclasında qəbul olunub.

Toplantıda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Türkmənistanın, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Müzakirələrin yekununda IV MDB Oyunlarının 2027-ci ildə Qırğızıstanda keçirilməsi təsdiqlənib.

İclasda həmçinin Bişkekin 2027-ci il üçün “Birliyin İdman Paytaxtı” fəxri adına namizədliyinin irəli sürülməsi təşəbbüsü yekdilliklə dəstəklənib.

Bundan başqa, Qırğızıstanın gələn il MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına sədrlik edəcəyi bildirilib.

Qeyd edək ki, III MDB Oyunları Azərbaycanda keçirilib.

Geri qayıt