Qelebə.az / Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb

Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb

Bu gün, 20:14

Azərbaycan tennisçisi Tamerlan Əzizov peşəkar karyerasında mühüm uğura imza atıb.

QELEBE.AZ xəbər verir ki, milli tennisçi Bakıda keçirilən “M15 Baku” beynəlxalq turnirində bu gün ilk oyununa çıxaraq qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.

Bununla yanaşı, Əzizov karyerasında ilk ATP reytinq xallarını həm fərdi, həm də cütlər kateqoriyasında əldə edib.

Beləliklə, Tamerlan Əzizov həm tək, həm də cütlər üzrə ATP reytinqində yer alan ilk Azərbaycan tennisçisi olub.

Qeyd edək ki, ATP xalları tennisçilərə peşəkar turnirlərdə qazandıqları nəticələrə əsasən verilir. Oyunçu turnirlərdə irəlilədikcə daha çox reytinq xalı toplamaq imkanı əldə edir. ATP reytinqi isə tennisçilərin dünya üzrə sıralamasını müəyyənləşdirir və əsasən son 52 həftənin nəticələrini əks etdirir.

Geri qayıt