Qelebə.az / UEFA Millətlər Liqasında Azərbaycan-Lixtenşteyn oyununun hakimləri bəlli olub

UEFA Millətlər Liqasında Azərbaycan-Lixtenşteyn oyununun hakimləri bəlli olub

Bu gün, 13:31

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub.

Apasport.az xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referisi Kristian Petru Cioçircaya həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.

VAR-da Manuel Şuettengruber, AVAR-da Alexander Harkam əyləşəcəklər.

Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Geri qayıt