Qelebə.az / Azərbaycan millisinin sabiq futbolçusu məşqçiliyə başlayır

Azərbaycan millisinin sabiq futbolçusu məşqçiliyə başlayır

27-02-2023, 13:56

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev məşqçiliyə başlamaq qərarına gəlib.

Bu barədə “Report”a açıqlamasında 34 yaşlı keçmiş hücumçu məlumat verib.

O bildirib ki, növbəti B kateqoriyalı məşqçi kursu üçün müraciət edəcək. Əliyev məşqçi kimi gələcəyini uşaq futbolunda görmədiyini sözlərinə əlavə edib: “Açığı, uşaqlarla işləmək istəmirəm. Gələcəkdə əsas komandalardan birində çalışmağı planlaşdırıram”.

Qeyd edək ki, son klubu “Kəpəz” olan Rauf Əliyev qış fasiləsində karyerasını başa vurduğunu açıqlayıb. O, 2010-2018-ci illərdə Azərbaycan millisinin heyətində 46 oyun keçirib, 7 qola imza atıb.

Geri qayıt