Qelebə.az / Macarıstan – Ukrayna matçı kütləvi dava ilə bitdi - VİDEO

Macarıstan – Ukrayna matçı kütləvi dava ilə bitdi - VİDEO

Bu gün, 12:57

Macarıstan və Ukrayna milliləri arasında UEFA Millətlər Liqasının ilk turunda keçirilən qarşılaşmanın sonlarında kütləvi dava baş verib.

QELEBE.AZ xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena”da keçirilən görüşün 90+2-ci dəqiqəsində Ukrayna millisinin futbolçusu Aleksandr Nazarenko kobud qayda pozuntusuna görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bundan dərhal sonra hər iki komandanın futbolçuları arasında qarşıdurma yaranıb. Münaqişəyə məşqçilər korpusunun nümayəndələri də qoşulublar.

Hakimlər və digər şəxslərin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. İnsidentin ardından Macarıstan millisindən Dominik Soboslai və Miloş Kerkez, Ukraynadan isə Nikolay Matviyenko və Viktor Tsıqankov sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qarşılaşma Ukrayna millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 42-ci dəqiqədə Danilo Sikan vurub.

Geri qayıt