Qelebə.az / ML: Fransa Türkiyəni məğlub etdi - YENİLƏNİB

ML: Fransa Türkiyəni məğlub etdi - YENİLƏNİB

25-09-2026, 10:21

Bu gün futbol üzrə Türkiyə millisi UEFA Millətlər Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.

QELEBE.AZ xəbər verir ki, A Liqasının I qrupunda yer alan Türkiyə ilk turda Fransa yığmasını qəbul edib. 

Kocaeli stadionunda baş tutan görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

Matçı almaniyalı referi Feliks Tsvayer idarə edib. 

Bu qarşılaşma Türkiyənin A Liqasındakı ilk sınağı olub.

Gərgin keçən görüşün taleyini 1 qol həll edib. Killian Mbappenin 54-cü dəqiqədə vurduğu top fransızlara 3 xal qazandırıb - 1:0.

Montellanın yetirmələri növbəti görüşünü sentyabrın 28-də İtaliyaya qarşı keçirəcək. 

Millətlər Liqası, A liqası

25 sentyabr

22:45. Türkiyə – Fransa 0:1

Qol, K. Mbappe, 54

Geri qayıt