Qelebə.az / Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu

Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu

Bu gün, 12:08

Türkiyənin “Çorum” klubu baş məşqçi postuna Burak Yılmazı təyin edib.

Apasport.az xəbər verir ki, Superliqa təmsilçisi bu barədə rəsmi açıqlama yayıb.

41 yaşlı mütəxəssis Uğur Uçardan boşalan vəzifəyə gətirilib.

Tərəflər 3 illik müqavilə ilə bağlı razılığa gəliblər.

Burak Yılmaz məşqçilik karyerası ərzində “Beşiktaş”, “Kayserispor”, “Kasımpaşa” və “Qaziantep"də çalışıb. “Çorum" onun baş məşqçi kimi beşinci komandası olacaq.

Qeyd edək ki, “Çorum” bu mövsüm Superliqada keçirdiyi 6 oyundan sonra 7 xal toplayıb. Komanda son turda evdə “Alanyaspor”a 1:2 hesabı ilə məğlub olub.

Geri qayıt