Qelebə.az / Azərbaycan boksçuları beynəlxalq turniri 2 medalla başa vurublar

Azərbaycan boksçuları beynəlxalq turniri 2 medalla başa vurublar

27-02-2023, 10:46

Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş "Strandja" beynəlxalq turnirini 2 medalla başa vurublar.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, qadınların mübarizəsində Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.

Kişilərin yarışında isə Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, turnirdə 40-a qədər ölkədən 398 idmançı (256 kişi, 142 qadın) qüvvəsini sınayıb.

Geri qayıt