Qelebə.az / Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib

Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib

Bu gün, 20:10

Azərbaycanın kişilərdən ibarət milli komandası Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, yeddinci turda yığmamız Yunanıstanla qarşılaşıb. Görüş Azərbaycan millisinin 3,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində Aydın Süleymanlı, Məhəmməd Muradlı və Rauf Məmmədov rəqiblərinə qalib gəliblər. Birinci lövhədə Şəhriyar Məmmədyarov Nikolas Teodoru ilə heç-heçə edib.

Qeyd edək ki, yığmamız altıncı turda Argentinanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Geri qayıt