Qelebə.az / Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular

Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular

Bu gün, 19:10

Azərbaycanın qadınlardan ibarət milli komandası Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında ikinci məğlubiyyətini alıb.

QELEBE.AZ xəbər verir ki, yeddinci turda yığmamız Ermənistanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

İlk lövhədə Ülviyyə Fətəliyeva Lilit Mkrtçyana uduzub. Dördüncü lövhədə Gülnar Məmmədova Susanna Qaboyaya qalib gəlib. Üçüncü lövhədə Xanım Balacayeva Elina Danielyana məğlub olub. İkinci lövhədə isə Gövhər Beydullayeva Maryam Mkrtçyanla heç-heçə edib.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəlki turda Qazaxıstana da 1,5:2,5 hesabı ilə uduzub.

Geri qayıt