"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Ukraynalı mütəxəssislə anlaşma 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
O, bu postda Cavid Hüseynovu əvəzləyib.
Y.Maksimov müxtəlif illərdə "Vorskla", "Dnepr-1", "Polose", "Taraz", "Mordoviya", "Metallurq", "Krivbass", "Obolon", ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb.
58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər "Keşlə"nin (indiki "Şamaxı") baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.