“Qalatasaray” baş məşqçi Okan Burukla bağlı açıqlama yayıb.
QELEBE.AZ xəbər verir ki, klub prezidenti Dursun Özbek yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
O, Buruka inam və etimadın tam olduğunu vurğulayıb.
“Qalatasaray” rəhbəri komandanın 4 ildir Okan Burukun rəhbərliyi altında inam və qətiyyətlə yoluna davam etdiyini, bundan sonra da eyni şəkildə irəliləyəcəyini qeyd edib.
Özbek həmçinin əsas hədəfin Super Liqada ardıcıl beşinci çempionluğa və Avropada qarşıya qoyulan məqsədlərə çatmaq olduğunu bildirib.