Qelebə.az / Azərbaycanın 4 cüdoçusu dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın 4 cüdoçusu dünya çempionatında mübarizə aparacaq

Dünən, 18:49

26–27 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, yarışda Azərbaycanı yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.

Onlar “nage-no-kata” üzrə mübarizə aparacaqlar. Dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.

Azərbaycan millisinin heyəti belədir:

Yeniyetmələr:
Sadiq Abdullayev – tori
Rəcəb Əkbərov – uke

Gənclər:
Famil Əsədov – tori
Yusif Əhmədov – uke

Geri qayıt