Qelebə.az / "Neftçi"nin futbolçusu milli komandada

"Neftçi"nin futbolçusu milli komandada

Dünən, 16:36

"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin milli komandasına dəvət olunub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Benin seçməsi sentyabrın 25-də Burkina Faso, 29-da Mavritaniya yığması ilə üz-üzə gələcək. Oktyabrın 6-da isə komanda Argentina ilə yoldaşlıq matçına çıxacaq.

Qeyd edək ki, Sessi Dalmeyda Benin milli komandasının heyətində 46 matça çıxıb və 1 qol vurub.

Geri qayıt