Qelebə.az / AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib

AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib

Bu gün, 16:39

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün antidopinq maarifləndirmə seminarı keçirib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Tədbirdə iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, antidopinq qayda pozuntuları, 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan əsas dəyişikliklər barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, dopinqdən istifadənin sağlamlıq üçün yaratdığı risklər, idmançı karyerasına mənfi təsirləri, antidopinq qayda pozuntularının nəticələri və təmiz idmanın əhəmiyyəti vurğulanıb.

İnteraktiv formatda təşkil edilən seminar zamanı gənc futbolçuları maraqlandıran suallar cavablandırılıb, onların antidopinq sahəsində bilik və məlumatlılığının artırılmasına dəstək göstərilib.

Geri qayıt