Qelebə.az / Mourinyo hakimi hədəfə aldı: "O, Yamalın dostudur"

Mourinyo hakimi hədəfə aldı: "O, Yamalın dostudur"

Bu gün, 00:03

“Real”ın “Atletiko”ya 1:2 hesabı ilə uduzduğu Madrid derbisindən sonra hakimlik qərarları böyük müzakirəyə səbəb olub.

Apasport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Joze Mourinyo matçdan sonra baş hakim Migel Anxel Ortiz Ariasın idarəçiliyini sərt tənqid edib.

O, xüsusilə ilk hissədə Kristian Romeronun Cud Bellinghama və Li Kanq-inin Federiko Valverdeyə qarşı müdaxilələrinin qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu düşünür. 

Mourinyo mətbuat konfransına həmin iki epizodun fotolarını gətirərək bunların aşkar qırmızı vərəqəlik olduğunu bildirib:

“Bu mətbuat konfransını elə burada bitirə bilərik. Matçın hekayəsi bu iki fotodadır. Bunlar iki açıq qırmızı vərəqədir. Ədalət olsaydı, təxminən 50 dəqiqə 11 nəfərlə 9 nəfərə qarşı oynayacaqdıq”. 

Portuqaliyalı mütəxəssis Ortiz Ariasın belə səviyyəli qarşılaşmanı idarə etmək üçün kifayət qədər təcrübəsinin olmadığını da söyləyib. O, hakimin beynəlxalq status daşımamasına diqqət çəkərək təzyiqin öhdəsindən gələ bilmədiyini iddia edib. 

“Real Madrid TV” də oyundan sonra hakimə qarşı sərt mövqe nümayiş etdirib. Klubun rəsmi telekanalı məğlubiyyətin səbəbi kimi hakimliyi göstərib və Ortiz Ariasın “Barselona”nın futbolçusu Lamin Yamalın dostu olduğunu iddia edib.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Real” 15 xalla üçüncü pilləyə geriləyib, “Atletiko” isə 16 xalla ikinci sıraya yüksəlib. 

Geri qayıt