Bu gün Misli Premyer Liqasında VI tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, günün son matçı Gəncədə baş tutub.
"Kəpəz" azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkib. Matç dramatik alınıb. İlk hissəni qonaqlar öndə tamamlayıb. Lakin oyunun sonlarında meydan sahibləri bərabərlik topunu vurmağı bacarıb.
Misli Premyer Liqası
VI tur
19:00. "Kəpəz" - "Sumqayıt" 1:1
Qollar: K. Kalunqa, 86 - M. Banqre, 35
Hakim: Əliyar Ağayev
Gəncə şəhər Stadionu