Qelebə.az / “Çelsi” Londonda darmadağın oldu - VİDEO

“Çelsi” Londonda darmadağın oldu - VİDEO

Bu gün, 10:01

İngiltərə Premyer Liqasında V tura start verilib.

QELEBE.AZ xəbər verir ki, “Çelsi” səfərdə “Brentford”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Brentford”un heyətində Caydon Entoni 61-ci, İqor Tiaqo 83-cü, Fabio Karvalyo isə 90+4-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra “Brentford” xalını 9-a çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. 7 xalı olan “Çelsi” isə 7-ci sırada qərarlaşıb.

“Brentford” – “Çelsi” – 3:0
Qollar: Caydon Entoni, 61; İqor Tiaqo, 83; Fabio Karvalyo, 90+4.

Geri qayıt